Gənclər və İdman Nazirliyinin əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilib

Naxçıvan Muxtar Respublikasın Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq muxtar respublika ərazisində insanların həyatının və sağlamlığının fövqəladə hallardan qorunması və əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirdə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsi barədə ətraflı məlumat verilib, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinin təyinatı izah olunub.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb. Tədbirlər müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.